Gənc yazıçı Aytən Cavanşir karantin günlərindən sonra oxuculara kitab hədiyyə edəcək.
Bu barədə Kulis.az-a açıqlama verən müəllif imkan daxilində kitab hədiyyə edəcəyini bildirib:
“Bir yazıçı kimi bu narahat günlərdə sizə bir az təbəssüm bəxş etmək istəyirəm. Sizə yalnız əsərlərimlə - ədəbiyyatla dəstək ola bilərəm. Kədərinizə bir az hüzur qatmağınıza yardım edəcəksə, şəxsi mesaj vasitəsilə mənə yazın. Son romanımı çıxmaq şərtilə, hər birinizə imkanım daxilində bir kitab hədiyyə edəcəm”.