Maykl Ceksonun ailəsi onun haqqında film çəkdi

Maykl Ceksonun ailəsi onun haqqında film çəkdi
8 aprel 2019
# 10:26

Maykl Ceksonun ailəsi müğənni haqda pedofiliya ittiahmları irəli sürən filmə cavab olaraq yeni sənədli film təqdim edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Neverland birinci əldən” adlanan film Den Ridin “Neverlandi tərk edərkən” filminə cavab olaraq çəkilib.

Yeni filmdə müğənninin bacısı və qardaşı uşaqları çəkilib. Onlar əvvəlki filmdə Ueyd Robsonun etiraflarını "maliyyə kələkbazlığı" adlandııblar: "O, pul qazanmaq üçün özünü hansı vəziyyətlərdə təqdim etməyi yaxşı bacarır”.

Xatırladaq ki, dörd saatlıq “Neverlandı tərk edərkən” filmi Maykl Ceksonun ehtimal olunan qurbanları Ueyd Cekson və Ceyms Sefçakın xatirə- etirafları üzərində qurulub. Onlar uşaqlıqda Cekson tərəfindən seksual təcavüzə məruz qaldıqlarını söyləyiblər.

Filmin təqdim olunmasından sonra Ceksonun ailəsi müğənninin şərəf və ləyaqətini aıçaltdığı üçün HBO kanalından 100 milyon dollar təzminat tələbi qaldırıb.

# 1832 dəfə oxunub

Müəllifin son yazıları

# # #