Gənc rejissorumuz mükafatlandırıldı

Gənc rejissorumuz mükafatlandırıldı
17 dekabr 2020
# 20:38

Akademik Musiqili Teatrın quruluşçu rejissoru mükafatlandırıldı

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı informasiya sahəsində apardığı mübarizəyə və arxa cəbhədəki aktiv fəaliyyətinə görə "Voice of Karabakh" ("Qarabağın səsi") sosial platformasının təsisçiləri tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıb.

Bu barədə "Qarabağın səsi" layihəsinin təsisçilərindən olan Aqşin Hüseynli platformanın sosial şəbəkə hesablarında məlumat verərək onu "Ən gənc fəal" adlandırıb.

Ər-Toğrul Kamalov da ona göstərilən diqqət üçün layihə rəhbərliyinə minnətdarlığını bildirib və "Vətənim Azərbaycana xidmət edirəm!" şüarını paylaşıb.

# 1625 dəfə oxunub

Müəllifin son yazıları

# # #