“Azərbaycanfilm”lə “Tacikfilm” arasında Memorandum imzalandı

“Azərbaycanfilm”lə “Tacikfilm” arasında Memorandum imzalandı
24 oktyabr 2023
# 14:50

Tacikistanın paytaxtı Düşənbə “Taci Somon” Birinci Düşənbə Beynəlxalq Film Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, 25 ölkədən 75 filmin nümayiş olunduğu festivalda Azərbaycanı “Hasar” (rejissor Qulu Əsgərov) və “Sonuncu foto” (rejissor Türkan Hüseynova) filmləri təmsil edib.

Festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Emin Nəcəfov iştirak edib.

Birinci Düşənbə Beynəlxalq Film Festivalı çərçivəsində “Tacikfilm” kinostudiyası ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Memorandum imzalanıb.

Memorandum beynəlxalq əməkdaşlığının inkişafına, müştərək kino layihələrinin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına və yaradıcı gənclərin dəstəklənməsinə, habelə kino günlərinin və tədbirlərin keçirilməsinə şərait yaradacaq.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

# # #