Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi

Fəxrəndə Həsənzadə Tağıyev adına qızıl medalla təltif edildi
3 dekabr 2020
# 11:48

“Artishok” agentliyinin baş direktoru Fəxrəndə Həsənzadə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş Hacı Zeynalabdin Tağıyev adına qızıl medal ilə Azərbaycanda doğulub boya-başa çatan əslən yəhudi olan Anjelika Manaşirova, Rada İsaakova, Ruslan Manaşirov, Natan Əlibəy və Azərbaycanın dostu Yılmaz Ərdoğan “Azərbaycanım” beynəlxalq jurnalının fəxri diplomu ilə təltif olunublar.

Kulis.az xəbər verir ki, mükafatı Fəxrəndə Həsənzadəyə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.

Emil Nəsirli vurğulayıb ki, Fəxrəndə Həsənzadə tanınmış ictimai xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, respublikamızda turizmin və milli mətbəxin inkişafına dəstək olaraq çoxşaxəli fəaliyyəti ilə böyük nüfuz qazanıb./azertag.az/

# 2262 dəfə oxunub

Müəllifin son yazıları

# # #