Fransız yazıçı Bakıdan yazdı

Fransız yazıçı Bakıdan yazdı
29 iyun 2020
# 10:43

Fransız sərgi komissarı, fotoqrafı və yazıçısı Giyom dö Sardrın “Şərqə doğru” adlı yeni foto-roman kitabı işıq üzü görüb. Kitabda G.Sardr bir çox ölkələrin paytaxtlarına səfərləri çərçivəsində çəkdiyi şəkillər vasitəsi ilə ətraflı məlumat verir.

Kitaba Azərbaycanın paytaxtı Bakı, onun tarixi abidələri, əsrarəngiz arxitekturası və görməli yerləri haqqında məlumat və şəkillər, o cümlədən dünyanın nadir memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin, Alov Qüllələrinin, Bakı gecəsinin, Beşbarmaq dağının fotoları daxil edilib.

Müəllif Bakının onun diqqətini xüsusi cəlb etməsini, böyük İpək Yolunun keçdiyi ölkəmizin karvansaraylarının və neft mədənlərinin onda maraq oyatmasını, Bakıya gələrkən təsəvvüründə yaratdığı şəhərdən daha müasir şəhər kəşf etdiyini vurğulayıb. O, həmçinin dünyəvi dövlət olan Azərbaycanda müsəlmanların, xristianların və yəhudilərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığını diqqətə çatdırıb, Bakının böyük liman şəhəri olmasından bəhs edib.

Giyom dö Sardrın əsərləri dəfələrlə Fransa akademiyasının Fransua Moryak mükafatına layiq görülüb. O, tənqidçi və sərgi komissarı kimi Harvard Universiteti, Le Fresnoy Müasir İncəsənət Milli studiyası, Cenevre İncəsənət və Dizayn Universiteti, Paris İncəsənət Milli Ali Məktəbi, Paris Müasir İncəsənət Müzeyi, Avropa Fotoqrafiya Evi və Cenevrə Müasir İncəsənət Mərkəzi ilə birlikdə həyata keçirilmiş çoxsaylı layihələrin müəllifidir. Hazırda Fransa və Livan Fotomed festivalının proqramçısı, “Prussian Blue” müasir incəsənət jurnalının redaktorudur./azertag.az/

# 1957 dəfə oxunub

Müəllifin son yazıları

# # #