Fotoqraflar arasında müsabiqə elan olundu

Fotoqraflar arasında müsabiqə elan olundu
21 sentyabr 2021
# 13:02

Energetiklər günü münasibətilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Gilavar” Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan fotolarda” adlı fotomüsabiqə keçirir.

Kulis.az xəbər verir ki, “Gilavar” Foto Klubundan verilən məlumata görə, müsabiqənin keçirilməsinin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan verməkdir. Hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaqdır.

Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı ilə “Gilavar” Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsipləri uyğun şəkildə təşkil olunur.

Fotolar “İşıqlı Azərbaycan fotolarda müsabiqəsi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Nəticələrin elan olunması və qaliblərin mükafatlandırılması “Azərişıq” ASC-nin rəsmi saytında və sosial şəbəkədəki hesablarında, kütləvi informasiya vasitələrində elan olunacaq.

Yarışmaya fotolar oktyabrın 10-dək göndərilməlidir. Yarışma haqqında və şərtlər barədə ətraflı məlumatı http://gilavar.net/fotolarda saytından əldə etmək mümkündür.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #