Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb

Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
11 may 2021
# 15:50

“Edam günü” bədii filmi Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb

Kulis.az xəbər verir ki, “SPP Production” tərəfindən istehsal edilən “Edam günü” bədii filmi Braziliyada “O ECOCINE –Internacional de Cinema Ambiental e Direitos Humanos” beynəlxalq festivalında sertifikata layiq görülüb.

Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.

Rejissor bildirib ki, “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

“Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

# # #