Fillmimiz beynəlxalq müsabiqəyə vəsiqə qazandı

Fillmimiz beynəlxalq müsabiqəyə vəsiqə qazandı
25 dekabr 2020
# 10:30

Hacı Zeynalabdin Tağıyev haqqında sənədli film İtaliyanın Ostia beynəlxalq film festivalında yarım finala vəsiqə qazanıb.

Kulis.az xəbər verir ki, film 2021-ci ildə böyük ekranda nümayiş olunacaq, finala vəsiqə qazanarsa SMG distribüteri ilə dünya miqyasında müqavilə imzalanacaq.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.

Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

# # #