Fikrət Qoca şeirlərini ələ salanlardan danışdı: “Tərbiyəsi olanlar...”

Fikrət Qoca şeirlərini ələ salanlardan danışdı: “Tərbiyəsi olanlar...”
1 may 2020
# 11:39

“Mənim yazdıqlarımı tərbiyəsi olanlar başa düşər.”

Bu sözləri Kulis.aza açıqlamasında Xalq şairi Fikrət Qoca sosial şəbəkələrdə onun şeirlərini əslə salanlar haqqında danışarkən bildirib.

O, daha sonra əlavə edib:

“Məni tənqid edənlər şeirlərimi necə başa düşürlər özləri bilər. Oxuyanda bilərlər nə yazmışam. Hərənin öz münasibəti var. Şeirimi zarafata salanlara da heç nə demirəm. Nə edirlər etsinlər.”

Xatırladaq ki, dünəndən etibarən Fikrət Qocanın bir sıra şeirləri Facebookda müzakirələrə səbəb olub, onun haqqında tənqidi və ironik fikirlər yazılıb.

# 4276 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #