Eyfel qülləsi açılır

Eyfel qülləsi açılır
10 iyun 2020
# 14:37

COVID-19 pandemiyasına mart ayının ortalarından ictimaiyyətə bağlı olan Eyfel qülləsi iyunun 25-dən yenidən ziyarətçilərini qəbul edəcək.

Bu məlumat Eyfel qülləsi istismar şirkətinin (SETE) kommunikesində yer alıb.

SETE-nin rəhbəri deyib ki, ziyarətçilər və işçilər sanitar qaydalara və məhdudiyyətlərə ciddi riayət etməli olacaqlar.

İlk vaxtlar Fransanın rəmzi olan Eyfel qülləsi milli ziyarətçiləri qəbul edəcək və bilet onlayn alınacaq. Maska taxmaq məcburi olacaq. Məhdud sayda ziyarətçilərə icazə veriləcək. Hər gün dezinfeksiya işləri aparılacaq.

Hələ ki ziyarətçilər yalnız 2-ci mərtəbəsinə qədər açıq olacaq qülləyə piyada qalxmalı olacaqlar. /azertag.az/

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

# # #