Elton Conun şərəfinə sikkə hazırlandı

Elton Conun şərəfinə sikkə hazırlandı
9 iyul 2020
# 10:09

Vida turnesi çərçivəsində keçirilən konsertlərini pandemiyaya görə təxirə salan britaniyalı müğənni-bəstəkar Elton Conun şərəfinə qızıldan sikkə hazırlanıb.

Dizayner Bredli Morqan Conson tərəfindən hazırlanan sikkənin üzərində sənətçinin eynəyi və şlyapası təsvir olunub.

Hərraca çıxarılması planlaşdırılan qəpikdən gələn gəlir Elton Con Xeyriyyə Cəmiyyətinə bağışlanılacaq.

Qeyd edək ki, sənətçinin yarım əsrlik yaradıcılığı şərəfinə hazırlanan xatirə sikkəsinin 85 min dollara (təxminən 144 min 500 manat) satılması planlaşdırılır. /axsam.az/

# 2031 dəfə oxunub

Müəllifin son yazıları

# # #