Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü

Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü
19 noyabr 2019
# 16:35

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Kulis.az xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

***

Qalmaqallı olayla bağlı E.Əlibəyli faktın dezinformasiya olduğunu qeyd edib.

Teleaparıcı həyat yoldaşının magistratura təhsili ilə bağlı hazırda Türkiyədə olduğunu deyib.

# 7482 dəfə oxunub

Müəllifin son yazıları

# # #