Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyin olundu

Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyin olundu
14 may 2025
# 09:51

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyin edilib.

Kulis.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.

Leyla Quliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, o, 2023-cü ildən konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #