Elçin Hüseynbəylinin kitabı rus dilində nəşr olundu

Elçin Hüseynbəylinin kitabı rus dilində nəşr olundu
23 dekabr 2019
# 14:38

Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayələr kitabı rus dilində nəşr olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, Xalq yazıçıları Anar və Çingiz Abdullayevin ön sözü ilə açılan kitaba on beş hekayə daxildir və əsasən ironik üslubda yazılıb.

Toplu Azərbaycan Yazıçılar Bilriyinin “aybKitab” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri şair Xəyal Rza, kitabın redaktoru Vəzir Qasımovdur. Kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.

Yeni nəşri Bakının kitab mağazalarından əldə etmək olar. Bu, müəllifin rusca çıxan ikinci kitabıdır. “On üçüncü həvari - yaxud 141-ci Don” 2011-ci ildə nəşr olunub.

# 2170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #