Amerikalı reper Kanıe Uest, Grammi heykəlciyini unitaza atıb üstünə sidik ifraz etdi.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, repçinin sözügedən görüntüləri Tvitterdə paylaşması izləyicilər tərəfindən tənqid olunub.
Şərhlərdə istifadəçilər Kanıenin paylaşımından təəccübləndiklərini qeyd ediblər və onu dayandırmağa çalışıblar. Bəziləri isə repçinin ABŞ prezidentliyinə namizəd olmasına ironiya ilə yanaşıblar.
Xatırladaq ki, Kanıe Uest erməni əsilli amerikalı model Kim Kardaşyanın həyat yoldaşı olub. Bu günlərdə cütlük arasında baş verən skandallar medianın gündəmindən düşmür. Bundan başqa repçi ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.