Yazıçı-publisist, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom...” kitabı nəşr edilib.
Kulis.az xəbər verir ki, “Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.
Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini tanımaq və tanıtmaq baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.
Sizə təqdim olunan birinci kitab (elə onlardan sonra gələnlər də) əsasən araşdırmaçılar, biblioqraflar və yazıçının yaradıcılığını izləyən, bəyənən oxucular üçün nəzərdə tutulub.
Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.
Qeyd edək ki, Elçin Hüseynbəyli 1961-ci il, dekabrın 23-də Cəbrayıl rayonunda anadan olub.