Dövlət Film Fonduna qiymətli hədiyyə

Dövlət Film Fonduna qiymətli hədiyyə
24 may 2021
# 18:53

Azərbaycan Dövlət Film Fonduna daxil olmuş yeni artefaktlar milli filmlərimizin afişalarından ibarətdir. Yeni afişalar indiyə qədər Film Fondunda mövcud olmamış və Əməkdar incəsənət xadimi Yusif Şeyxovun şəxsi arxivindən hədiyyə edilib.

Dövlət Film Fondundan verilən məlumata görə, sözügedən afişaları arasında “Bakılılar”(1938), “Kölgələr sürünür”(1958), “Alma almaya bənzər”(1975), “Bir cənub şəhərində”(1969), “Bakıda küləklər əsir”(1974), “Qərib cinlər diyarında”(1977), “Arxadan vurulan zərbə”(1977), “Qızıl uçurum”(1980), “1001-ci qastrol”(1974), “Od içində”(1978) və sair 30- a yaxın milli filmlərimizə çəkilmiş kino plakatları yer alıb.

# 1492 dəfə oxunub

Müəllifin son yazıları

# # #