Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər 

Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər 
7 iyul 2020
# 10:30

Gənc şair Rəvan Cavid dindarların qəzəbinə tuş gəlib.

Şairin özünün Kulis.aza verdiyi açıqlamaya görə, problem gənc bir xanımın onun “Mən qadın olsaydım...” şeirini səsləndirəndən sonra başlayıb.

Sosial şəbəkə istifadəçiləri tərəfindən böyük marağa səbəb olan şeir dindarların təhdidi ilə qarşılaşıb. Müəllifə mesaj yazıb açıq şəkildə təhqir edən, aşağılayan, hətta təhdid edənlər var.

R.Cavid bu günlərdə hərbi xidmətə yola düşdüyü üçün məhkəməyə müraciət eləmək fikrində deyil.

Dindarların qəzəbinə səbəb olan şeiri diqqətinizə çatdırırıq.

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb kişi olurlar,
kişilər aldadır qadınlarını.

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb əsgər olurlar,
əsgərlər öldürür başqalarını.

Mən qadın olsaydım oğul doğmazdım,
oğullar böyüyüb şair olurlar
– şairlər ən yaxşı yalançılardı.

Mən qadın olsaydım Allah doğardım,
qoy olsun Allaha günah, doğardım,
Allahı azacıq uşaq doğardım,
qoy bir az anlasın ac uşaqları.

# 6822 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #