Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva növbəti layihəsini təqdim edib.
Kulis.az xəbər verir ki, mahnı “Keçmiş sevgilim” adlanır. Mahnının sözləri Cəlil Cavanşirə, musiqisi xanım ifaçının özünə, aranjimanı isə Əli İbrahimzadə və Tərlan Məmmədliyə aiddir. Adı çəkilən ifaçılar 4MOOD qrupu kimi Sivva ilə həm də klipdə tərəf müqabili olublar. “Keçmiş sevgilim” üçün maraqlı məkanlar, o cümlədən gəmi və dənizkənarı milli park seçilib.
Əsas epizodlar "Suraxanı" gəmi-muzeyində lentə alınıb.
- Pikassonun indiyə qədər məlum olmayan əsəri tapıldı
- Dramaturgiya və ssenari kursları fəaliyyətə başlayıb
- Çox təlaşlı və kədərliyəm – Çingiz Abdullayev yazır...
Qeyd edək ki, bu gəmi dünyanın ilk tanker-muzeyidir. Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. Rok üslubunda yazılan “Keçmiş sevgilim” mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun “Milli Sevgililər Günü”ndə verilib.