"Altı nömrəli palata" adlı tamaşa oynanıldı

"Altı nömrəli palata" adlı tamaşa oynanıldı
25 iyul 2023
# 13:11

Yeni yaranmış müstəqil "Sıfır" teatrının səhnəsində Anton Pavloviç Çexovun "Altı nömrəli palata" əsəri əsasında eyni adlı tamaşa oynanılıb.

Kulis.az xəbər verir ki, əsər psixoloji dram janrındadır və absurd üslubda qurulub.

Tamaşada istifadə edilən rekvizitlər ekoloji böhranın tərənnümü olaraq tullantı məhsullarından hazırlanıb.

Tamaşanın mövzusu şəhərdən kənarda, unudulmuş xəstəxananın 6 nömrəli palatasında yaşayan 3 dəlidir. Onlardan biri adlı-sanlı dəli olan İvan Dmitriçdir. Xəstəxananın baş həkimi Andrey Yefimiç bir gün dəliləri ziyarət etməyə gəlir. İvanla arasında yaşanan söhbətlər, Yefimiçi sarsıdır. Ağıl ilə dəlilik arasındaki sərhəd, yaşantı və elm, əzab haqqında düşüncələr sujetin əsas konfliktlərini təşkil edir.

Əsərin səhnələşdirmə müəllifi Mirtalib Həsənov, Quruluşçu rejissoru Səid Abbasov, Musiqi tərtibatçısı Fuad Məmmədovdur.

Əsərdə rolları Anar Bulud, Orxan Bakinskiy, Fərid Vəliyev, Samir Əliyev, Orxan Abışov, Anar İbrahimov, Pərviz Mirzə və Şükür Babayev ifa edir. Səhnə əsərinin xronometrajı 60 dəqiqədir.

Qeyd edək ki, bu, teatrın ilk tamaşasıdır. Tamaşa hər həftənin altı və bazar günləri teatrın səhnəsində oynanılır.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

# # #