Çingiz Abdullayev ssenari yazır

Çingiz Abdullayev ssenari yazır
8 may 2020
# 10:33

“Karantin günlərində ssenari üzərində işləyirəm.”

Bu sözləri Kulis.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib. O daha sonra əlavə edib:

“Yazıçı bu günlərdə bir qədər azad olar, amma mən azad ola bilmədim. Gün ərzində nə qədər zəng gəlir. Onları cavablandırıram. Karantin günlərinin insanlar üçün çətinliyini başa düşürəm.”

Ç.Abdullayev daha sonra yaradıcı insanlar üçün karantinin özəlliyindən danışıb:

“Yaradıcı insanlara bu günləri adlatmaq daha rahatdı. Çünki rəssamlar, yazıçılar, heykəltəraşlar oturub nələrsə düşünürlər yaradırlar. Amma başqa insanlar üçün çətindir.”

# 2538 dəfə oxunub

Müəllifin son yazıları

# # #