Xalq artistimiz Böyük Teatrda oynayacaq

Xalq artistimiz Böyük Teatrda oynayacaq
21 sentyabr 2019
# 10:05

Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdiriləcək.

Kulis.az teatrın saytına istinadən xəbər verir ki, noyabrın 6-da səhnələşdiriləcək tamaşada Azərbaycanın Xalq artisti Elçin Əzizov da rol alacaq.

Xatırladaq ki, 2008-ci ildən Böyük Teatrın solisti kimi çıxış edən Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yer alıb.

# 1575 dəfə oxunub

Müəllifin son yazıları

# # #