Bu gün saat 14-də AYB-nin Natəvan klubunda tanınmış tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin “Mətn, işarə, məna” adlı yeni kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə AYB katibi Rəşad Məcid açaraq qonaqları salamladı və aparıcılıq üçün o biri AYB katibi İlqar Fəhmini təqdim etdi.
İlqar Fəhmi Cavanşir Yusiflinin yaradıcılığı haqqında ümumi tezislərlə çıxış edərək qonaqlara söz verdi.
Xalq şairi Sabir Rüstəmxanlı, ədəbiyyatşünas-alimlər Vaqif Yusifli, Rüstəm Kamal, Vaqif Sultanlı, Elnarə Akimova, şair Səlim Babullaoğlu, yazıçı Şərif Ağayar, tərcüməçi Seyfəddin Hüseynli və başqaları çıxış edərək, müəllif və onun yeni kitabı haqqında fikirlər söylədilər.
Xatırladaq ki, “AYB-kitab” layihəsindən işıq üzü görən kitabda Azərbaycanın klassik və çağdaş şair-yazıçıları haqqında məqalə və esselər toplanıb.