Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq

Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
20 noyabr 2019
# 18:10

Bakıda məşhur kino ulduzu Çarli Çaplinin 130 illik yubileyi qeyd olunacaq.

Azərbaycan Dövlət Film Fondundan Kulis.az-a verilən məlumata görə mərasim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə 28 noyabr 2019-cu il, saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Yubileydə Çarli Çaplinin Yaradıclığı Ayaz Salayev tərəfindən təqdim olunacaq. Giriş sərbəstdir.

# 2055 dəfə oxunub

Müəllifin son yazıları

# # #