Bu filmlər "Qızıl Qlobus"a namizəd oldu - Siyahı

Bu filmlər "Qızıl Qlobus"a namizəd oldu - Siyahı
4 fevral 2021
# 12:31

"Qızıl Qlobus" mükafatlarına namizəd olan filmlərin siyahısı açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə tədbirin rəsmi səhifəsində məlumat verilib. Bildirlib ki, mükafata “Köçərilərin diyarı”, “Munk”, “Ümid verici qız”, “Ata” və “Chicago Seven” kimi filmlər namizəd göstərilib.

Nominasiyaların sayına görə Devid Finçerin “Munk” filmi liderdir. Filmin altı "Qızıl Qlobus" heykəlciyinə iddialı olduğu deyilir. Televiziya layihələri arasında Netflix seriyasından “Tac” filmi də altı mükafat üçün yarışacağı iddia edilib.

Qeyd edək ki, "Qızıl Qlobus"ABŞ-da və dünyada Oskardan sonra ikinci ən prestijli film mükafatı hesab olunur. Mükafat 1944-cü ildən bəri kino və televiziyada sahəsində uğur qazanan layihələrə görə verilir.

Xatırladaq ki, 78-ci "Qızıl Qlobus" mükafatları fevralın 28-də keçiriləcək.

# 1579 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #