Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb

Bakıda yeni Ədəbiyyatşünaslıq Mərkəzi açılıb
21 fevral 2020
# 19:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi açılıb.

Kulis.az xəbər verir ki, mərkəz özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində açılıb.

Mərasimdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyatşünaslıq Mərkəzinin ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

# 2275 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #