Bakıda “Şanson gecəsi”

Bakıda “Şanson gecəsi”
9 yanvar 2020
# 18:48

Fevralın 20-də Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti keçiriləcək.

“Şanson gecəsi” adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunacaq.

Müğənnini səhnədə “Shanson Cover Band” qrupu müşayiət edəcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir. /azertag.az/

# 2721 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #