Azərbaycanlı rəssamların pandemiya ilə bağlı rəsmləri auksiona çıxarıldı

Azərbaycanlı rəssamların pandemiya ilə bağlı rəsmləri auksiona çıxarıldı
7 may 2020
# 13:00

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib.

İdarədən Kulis.az-a verilən xəbərə görə, layihə çərçivəsində qurum tərəfindən Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilmişdi.

Əsərlər idarənin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılmışdı. Auksion aprelin 30-da başa çatıb və əsərlərin hər biri satılıb.

Auksiondan əldə olunan vəsait “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən tam olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

# 1814 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #