Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu

Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
27 oktyabr 2020
# 15:39

Azərbaycanlı bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin “Xocalıya” əsəri Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin ifasında rəqəmsal platformada təqdim olunub.

Bu barədə Turan Manafzadə deyib: “Bu əsər artıq beş ildir yazılıb və dünyanın bir çox ölkəsində səsləndirilib. Əsər bütün ailə üzvlərimiz tərəfindən fərqli formalarda ifa olunub. Bizdən başqa, xarici ölkələrdə digər musiqiçilər, pianoçular da əsəri ifa ediblər. Mən də əsərin pianoda ifasını və dirijorluğunu etmişəm. Lakin rəqəmsal platformalarda ilk dəfədir ki, təqdim olunur. Artıq istəyən hər bir kəs əsəri professional formatda dinləyə bilər. Bu, eyni zamanda təsadüfən hər bir insanın qarşısına çıxa biləcək formatdır, burada əsas məqsəd əsərin daha çox dinləyici auditoriyasına çatdırmaqdır. Biz bütün ailə üzvlərimizlə birlikdə Azərbaycanı, Azərbaycan musiqisini dünyada tanıtmağa çalışırıq və bununla da qürur duyuruq”.

Qeyd edək ki, Abuzər və Turan Manafzadələr Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafovun övladlarıdır. /azertag.az/

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

# # #