Con Lennon, Elvis Presli, Maykl Cekson və "Oasis" qrupuna məxsus ikonik xatirə əşyaları hərraca çıxarılır.
Kulis.az xəbər verir ki, "Propstore" tərəfindən keçiriləcək hərracda Lennonun çeşməyi, Ceksonun “Smooth Criminal” klipində taxdığı papaq və Elvisin gün eynəyi satışa təqdim olunacaq.
Hərracda həmçinin "Oasis" qrupunun dağıldığı gecə Liam Qallagerin zədələdiyi gitara da yer alacaq.
Qeyd edək ki, hərracda Freddi Merkuriyə məxsus kimono, Devid Bovinin əlyazması və Cimi Hendriksin mahnı sözləri də alıcılarını gözləyir.