Azərbaycanın Əməkdar artisti Sankt-Peterburqda konsert verdi

Azərbaycanın Əməkdar artisti Sankt-Peterburqda konsert verdi
5 iyun 2021
# 15:48

Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında Azərbaycanın Əməkdar artisti Elvin Qəniyevin konserti olub.

XXV Beynəlxalq “Musiqili Olimp” Festivalında tanınmış gənc skripka ifaçısı Elvin Qəniyev uğurla çıxış edib.

Həmyerlimizin filarmoniyanın Akademik Simfonik Orkestrinin müşayiəti ilə təqdim etdiyi virtuoz ifasını festivalın tamaşaçıları heyranlıqla dinləyiblər.

Azərbaycanın Sabkt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Sankt-Peterburqun incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Baş konsulluğun diplomatları ifaçının zəngin konsert proqramını böyük maraqla izləyiblər.

# 1849 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #