Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
22 noyabr 2020
# 21:43

Sevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldı.

Kulis.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib.

O bildirib ki, aktrisadan 2-3 gündür ki, xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyəti yaxşıdır.

Məlumat üçün bildirək ki, Aktrisa uzun müddətdir tək yaşayır

# 6789 dəfə oxunub

Müəllifin son yazıları

# # #