Dövlət Film Fonduna yeni filmlər daxil olub

Dövlət Film Fonduna yeni filmlər daxil olub
4 may 2021
# 15:45

Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən iki film fonda hədiyyə edilib.

Film Fondundan bildirilib ki, ekran əsərləri Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc buxtası” filmlərinin çəkiliş prosesinə həsr edilib.

Hər iki ekran əsəri 35 mm-lik kino lentində təhvil alınıb. /azertag.az/

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #