“Dəcəl Balam” adlı uşaq jurnalı nəşrə hazırlanır.
Kulis.azın verdiyi xəbərə görə, jurnalı ayda bir dəfə dərc olunacaq.
Jurnalda uşaqlar üçün müxtəlif sahələrə aid maraqlı, əyləncəli və məlumatlandırıcı mətnlər yer alacaq.
- Ailəsi onu övladlığa verdi, uşaq yaşlarından qulluqçu işlədi, agentlə ailə qurub boşandı – Onu ölümdən kim xilas etdi?
- “Abşeron Milli Parkı” filminin təqdimatı keçirilib
- “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi baş tutdu
Eyni zamanda, valideynləri maraqlandıran mövzularda mütəxəssis rəyləri, məşhur şəxslərin ailələri ilə müsahibələr, digər özəl yazılar, reportajlar da olacaq.
Jurnalla bağlı ən maraqlı məqam budur ki, jurnalın yaradıcı heyəti azyaşlı uşaqlardan ibarətdir.
Jurnalın təsisçisi və baş redaktoru “Dəcəl Balam” Ailə və Uşaq Klubunun rəhbəri Dilşad Musadır.