Azərbaycanda maarifləndirici komikslər yaradıldı

Azərbaycanda maarifləndirici komikslər yaradıldı
5 yanvar 2021
# 13:07

Azərbaycanda maarifləndirici komiks sənayesinin inkişafına həsr olunmuş layihənin həyata keçirilməsi davam edir.

Kulis.az xəbər verir ki, maarifləndirici komiklərinin yaradılması ideyasının müəllifi "Arts Council Azerbaijan" QHT-nin rəhbəri rəssam Dadaş Məmmədovdur.

Layihə BMT-nin İnkişaf Proqramı Kür II Layihə qrupunun təşəbbüsü ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gürcüstanın Ətraf və Kənd Təsərrüfatı Nazirliyi və "Arts Council Azerbaijan" QHT tərəfindən dəstəklənir.

Komikslər illüstrasiyalarda müəyyən bir problemə toxunmağa və onu aşkarlamağa kömək edir, problemin həllini yumoristik bir şəkildə tapır. Azərbaycan və Gürcüstanda yaradılan və nəşr olunan maarifləndirici komik seriyalarının məqsədi suyun qorunması məsələsinə qayğı ilə yanaşmaq barədə məlumatlılıq yaratmaqdır.

Hər biri altı hekayədən ibarət olan iki nəşr artıq çap edilib. Komikslərin Tiflisdə və Bakıda həm rəqəmsal, həm də çap şəklində yayılması planlaşdırılır. Müəlliflər yaratdıqları əl işlərində həddindən artıq su istehlakı vərdişini dəyişdirməyə çalışmaq üçün mümkün qədər geniş oxucu dairəsinə müraciət ediblər.

Komikslərin hər sayında ifadəli illüstrasiyalar və düşüncəli yazılarla izah edilən suyun qorunması ilə bağlı təsirli hekayələr yer alıb. Müxtəlif yaş qrupuna ünvanlanmış hekayələr Yer planetinin sakinləri üçün suyun son dərəcə dəyərli bir qaynaq kimi əhəmiyyətini vurğulayır./azertag.az/

# 1571 dəfə oxunub

Müəllifin son yazıları

# # #