Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu

Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28 noyabr 2020
# 15:01

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” adlı sənədli filminin CBC telekanalında premyerası olub.

Kulis.az xəbər verir ki, filmdə SSRİ ilə ABŞ arasında ən dramatik qarşıdurmalardan birindən – 1962-ci ildə başlanmış Karib böhranından bəhs edilir. Bu böhranın nizamlanmasında Anatoli Fyodoroviç Dobrınin əvəzsiz rol oynayıb.

Qeyd edək ki, Anatoli Dobrınin 1962-ci ildə SSRİ-nin ABŞ-da səfiri təyin edilib və demək olar ki, əsrin dörddəbiri qədər bu vəzifədə çalışıb. Bu müddətdə Birləşmiş Ştatlara altı prezident rəhbərlik edib.

O vaxt hələ gənc olan sovet diplomatı Anatoli Dobrıninin ünsiyyətdə olduğu ilk ABŞ Prezidenti Con Kennedi idi. Dobrınin ilə Kennedi arasında etimada əsaslanan münasibətlər yaranması Karib böhranının həllində və daha sonra “Raketdənmüdafiə Sistemlərinin Məhdudlaşdırılması haqqında” Müqavilənin imzalanmasında müstəsna rol oynayıb.

Filmə nadir sənədli sübutlar və o dövrün mühüm tarixi hadisələrinin bilavasitə iştirakçıları – Anatoli Dobrıninin özü, ABŞ-ın sabiq müdafiə naziri Robert Maknamara, Birləşmiş Ştatların o vaxtkı dövlət katibi Henri Kissincer və bir sıra başqa diplomatlarla müsahibələr daxil edilib.

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #