Həmvətənimiz Rusiyanın Mariya Teatrında çıxış edəcək

Həmvətənimiz Rusiyanın Mariya Teatrında çıxış edəcək
16 iyun 2016
# 15:23

Sabah Sankt-Peterburq Mariya Teatrında “Tunc atlı” baleti təqdim olunacaq.

Kulis.Az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində gənc balet artisti, həmvətənimiz Timur Əsgərov Yevgeni obrazını ifa edəcək.

Timir Əsgərov Bakı Xoreoqrafiya Məktəbinin məzunudur. Azərbaycan Opera və Balet Teatrı, Ukrayna Opera və Balet Teatrında çalışıb.

2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir.

T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb.

T.Əsgərov Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #