Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
3 avqust 2020
# 17:03

Tatarıstanın paytaxtı Kazanda, “Smena” Müasir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların “Extension.az: Məxməri etiraflar” adlı sərgisi keçirilir.

Sərginin ekspozisiyasında 15 rəssamın sulu boya ilə çəkilmiş mənzərələrdən tutmuş videoinstallyasiyalaradək müxtəlif janrlara aid əsərləri təqdim edilir. Təşkilatçıların fikrincə, əsərlər Azərbaycanın müasir incəsənəti dünyasına bələdçi rolunu oynayacaq, həmçinin sərgiyə gələnləri bu ölkənin tarixi və mədəniyyəti ilə tanış edəcək.

Sərgidə Aydan Salahova, Sədaqət Xəyal-Kuşku, Niyaz Nəcəfov, Fərhad Fərzəli, Törə Ağabəyova və digərlərinin əl işləri ilə tanış olmaq mümkündür./azertag.az/

# 2203 dəfə oxunub

Müəllifin son yazıları

# # #