Aysel Əlizadəyə küçədə hücum ediblər: Yazıçı polisə müraciət edib

Aysel Əlizadəyə küçədə hücum ediblər: Yazıçı polisə müraciət edib
14 iyun 2021
# 09:56

Yazıçı Aysel Əlizadəyə küçədə hücum olub.

Bu barədə Kulis.aza yazıçı özü məlumat verib.

Onun sözlərinə görə, küçədə keçdiyi yerdə bir evin qarşısındakı ərik ağacından ərik qırıb və bu, ev yiyəsini qəzəbləndirib. Əsəblərini idarə edə bilməyən ev sahibi Aysel xanımın üstünə hücum edib, ona aşağılayıcı sözlər söyləyərək, hədələyib.

Hadisədən şoka düşdüyünü deyən yazıçı 102-yə zəng edib.

Aiddiyyatı üzrə Aysel xanımla əlaqə saxlanılıb və ondan ərizə alınıb.

Bu gün isə ərazi polisinə izahat verəcək.

Aysel Əlizadə hadisə haqda yekun olaraq bunları söyləyib: “Məqsədim kişiyə cəza verdirmək deyil, polisə də dedim dünən. Profilaktik söhbət aparsınlar, başa salsınlar ki, insanlarla belə davranmaq olmaz.”

# 2684 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #