Martın 5-i, saat 15-də, Atatürk Mərkəzində Aşıq Alının “Nə qaldı” kitabının təqdimatı keçiriləcək.
Kulis.az xəbər verir ki, kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb. Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən qurub şərh etmişdir.
Bu kitabla Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangirdir. 400 səhifəlik kitab İlham Qəhrəmanın şəxsi vəsaiti ilə çap olunmuşdur.