İspaniya məhkəməsi Şakiraya qarşı vergidən yayınma ittihamı ilə yeni istintaqa başlayıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məşhur müğənniyə 8 il həbs cəzası istənilir.
İspaniya məhkəməsi kolumbiyalı dünya ulduzu Şakiraya qarşı 2018-ci ildə saxta gəlir və sərvət vergisinin tutulması ittihamı ilə yeni istintaqa başlayıb.
Qeyd edək ki, 46 yaşlı müğənninin 2012-2014-cü illər arasında 14,5 milyon avroluq vergi borcu ilə bağlı daha bir iş üzrə ilin sonuna doğru məhkəmə qarşısına çıxacağı gözlənilir.