Arif Babayevdən xəbər var

Arif Babayevdən xəbər var
12 oktyabr 2021
# 10:29

"Arif Babayevin səhhətində yaxşılığa doğru dəyişiklik var".

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib: "Hələlik sistem vurulur. Vəziyyəti stabildir. Düzü, bu xəstəlik bir günə sağala bilməz. Hazırda müalicəsi davam edir".

Qeyd edək ki, Arif Babayev dünən səhhətində problem yarandığı üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, A. Babayev ötən il insult keçirib.

# 3311 dəfə oxunub

Müəllifin son yazıları

# # #