Rusiyalı tanınmış reper Quf (Aleksey Dolmatov) soyğunçuluq və zorakılıq maddələri ilə ittiham olunur və onu 7 ilədək həbs cəzası gözləyə bilər.
Kulis.az xəbər verir ki, istintaq materiallarına görə Quf dostu ilə birlikdə Naro-Fominskdə istirahət edərkən bir şəxsə hücum edib və onun "iPhone" telefonunu ələ keçiriblər.
İddialara əsasən, reperin dostu zərərçəkənin qollarından tutb, Quf isə onun üzünə zərbələr vuraraq hədə-qorxu gəlib.
Cinayət işi artıq məhkəməyə təqdim olunub. Hazırda Quf barəsində ölkədən çıxmamaq barədə qətimkan tədbiri seçilib. İş üzrə təqsirləndirilən şəxslərin hər birini 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.