Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq

Ankarada Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq
1 fevral 2020
# 17:22

Fevralın 5-də Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları iştirak edəcəklər.

Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.

Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur.

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

# # #