Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"

Anası Füzulidə, atası Bakıda dəfn olunan  aktyor: "Onları qovuşduracağam"
17 oktyabr 2020
# 13:51

Kulis.az aktyor, ssenarist Kənan Yusifovun atası ilə bağlı yazdığı mətni təqdim edir.

Bu kişi mənim atamdı. Füzuli və Qarabağ uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olan, "Azərbaycan bayrağı" ordenli şəhid komandir Elxan Yusifov.

İndiyə qədər bəzən paylaşmağa, bölüşməyə bir az çətinlik çəkmişəm.

Həmişə fikirləşmişəm ki, bu yalnış anlaşılar, onun ruhuna hörmətsizlik eləmiş olaram.

Ancaq bu gün uğrunda şəhid olduğu torpağın azad olduğu xəbərini ona çatdırmağa gəldim və qərara gəldim ki, siz də bilməlisiz, mən bax, belə bir kişinin övladıyam.

Anamın məzarı Füzulidə, kəndimiz Cuvarlıdadı. Atam elə vətəni qorumağa da anamın məzarından başlayıb. Anamın məzarı ,anama olan sevgisi də atam üçün bir vətən olub.

Sizə qəribə gələ bilər, amma içimdə elə bir hiss var ki, elə bil atamın məzarına gəlib sonra heç vaxt görmədiyim anamın məzarına getsəm, onları qovuşdurmuş olacam.

Ruhun şad olsun komandir!

# 10723 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #