Müslüm Maqomayev Fondu zərərçəkmişlərə yardım edəcək

Müslüm Maqomayev Fondu zərərçəkmişlərə yardım edəcək
23 sentyabr 2024
# 11:00

Müslüm Maqomayev Fondu martın 23-ü Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da baş vermiş terror aktının qurbanları üçün yığılmış ianələri bu gündən etibarən ödəməyə başlayacaq.

Kulis.az xəbər verir ki, Fond martın 22-si törədilən terror aktından sonra zərərçəkənlərə yardım kompaniyası keçirmək qərarını bildirmişdi.

İnano kompaniyası müddətində Fonda ümumilikdə 140 201 490 (yüz qırx milyon iki yüz bir min dörd yüz doxsan) rubl vəsait yığılıb.

Sentyabrın 20-si keçirilən yekun iclasda Fonda daxil olmuş ərizələrə baxış keçirilib, zərərçəkənlər 12 qrupa bölünüb. Yardımlar sentyabrın 23-dən etibarən mərhələli şəkildə zərərçəkənlərə ödəniləcək.

Qeyd edək ki, "Crocus City Hall"da matın 22-si, axşam saat 22:00 radələrində keçirilən terror aktı 144 nəfərin ölümü, 360-dan çox insanın isə yaralanması ilə nəticələnmişdi.

# 514 dəfə oxunub

Müəllifin son yazıları

# # #