Anar Milli Məclisə namizəd olan yazıçılardan danışdı – Rəy

Anar Milli Məclisə namizəd olan yazıçılardan danışdı – Rəy
9 yanvar 2020
# 13:07

Bildiyiniz kimi, builki parlament seçkilərinin bir özəlliyi də ondan ibarətdir ki, bir çox tanınmayan adamlar öz namizədliyini irəli sürüblər.

Namizədlər arasında xeyli qələm adamları da vardır. Bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır. Bir çox insan tanınmayan yazı-pozu əhlinin təşəbbüsünə inamsız yanaşır, hətta onlara dodaq büzür.

Məsələ ilə bağlı AYB sədri, Xalq yazıçısı Anar müəllimin münasibətini öyrəndik. Onun fikri qısa oldu:

“Kim namizədlik veribsə, özü bilər. Halal xoşları olsun. Hər şeyi seçkilər həll edəcək. Hər halda, heç kimə demək olmaz ki, deputatlığa namizədliyini vermə.”

# 3971 dəfə oxunub

Müəllifin son yazıları

# # #