Xalq artisti Alim Qasımovun gənc müğənni Aysel Məmmədova ilə ifa etdiyi Bərdə və Gəncə hadisələrinə həsr olunan dueti təqdim olunub.
Kulis.az xəbər verir ki, oktyabr ayında erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr olunan “Yat rahat” adlanan mahnının musiqisi və sözləri gənc müğənni Aysel Məmmədovaya məxsusdur. Alim Qasımovun ifa etdiyi muğam hissəsindəki qəzəl isə Xosrov Sərtibi tərəfindən yazılıb.
Qeyd edək ki, Aysel Məmmədova 2018- ci ildə keçirilən "Eurovision" yarışmasında Azərbaycanı təmsil edib.