Aktrisaya söyüşə görə cinayət işi açıldı

Aktrisaya söyüşə görə cinayət işi açıldı
11 mart 2021
# 17:47

Türkiyə aktrisası Deniz Çakır çəkilişi zamanı serialın kostyum köməkçisi Çağatay Görgeni təhqir etdiyi üçün məhkəməyə verilib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, prokurorluqda vəsatət qaldırdıqdan sonra açıqlama verən Görgen bildirib ki, aktrisa onu çəkilişi heyəti qarşısında söyərək təhqir edib.

“Məsumiyyə serialında kostyum köməkçisi işləyirdim. Deniz Çakır onunla əlaqəsi olmayan başqa bir aktyora görə yaradıcı heyətin qarşısında məni söyüb təhqir etdi. Buna görə də onunla işləmək istəmədiyimi bildirib işdən çıxdım. Mənə qarşı təhqiramiz sözlər işlətdiyinə və bütün komandanın qarşısında incitdiyinə görə hüquq orqanlarına müraciət edərək haqqında cinayət işi açılmasını tələb etdim”.

# 2379 dəfə oxunub

Müəllifin son yazıları

# # #